İngilis dili dərslərində rəqəmsallaşdırma

70.00 AZN
Müddəti

24 saat

Cədvəl

Dil

az

Məkan

MS Teams

Təlim haqqında

Məqsəd və hədəflər: 
 

Təlimin məqsədi şagirdlərdə 4 bacarığı (danışıq, yazı, oxu, dinləmə) rəqəmsal alətlər vasitəsilə qısa müddətdə və effektiv şəkildə formalaşdırmağın metodikasını müəllimlərə mənimsətməkdir.

  • İngilis dilinin tədrisində müəllimləri effektiv texnologiyalardan istifadəyə təşviq etmək.
  • Müxtəlif təhsil platformaları vasitəsilə dil öyrənmə prosesini asanlaşdırmağın yolları ilə tanış etmək.
  • İngilis dilinin tədrisində faydalı olan rəqəmsal alətlər, platformalar, resurslardan istifadə bacarıqları formalaşdırmaq.
  • Dil öyrənməni öyrənənlər üçün davamlı prosesə çevirməyin yollarını öyrətmək.
  • Öyrənənlərin diqqətini cəlb edəcək və aktiv iştirakını təmin edəcək metodikaya yiyələndirmək.

Təlim nəticəsi:
 

  • Tədris prosesində 4 bacarığın (danışıq, yazı, oxu, dinləmə) öyrədilməsində müasir texnologiyalardan effektiv istifadə edəcəksiniz.
  • Maraqlı və interaktiv dərs materialları hazırlayacaqsınız.
  • Təlim metodlarınız zənginləşəcək.
  • Şagirdlərin öyrənmə motivasiyasını artıracaqsınız.
  • Rəqəmsal platformalar və alətlər vasitəsilə öyrənmə prosesini daha effektiv şəkildə izləyəcək və qiymətləndirəcəksiniz.
  • Rəqəmsal təlim platformaları vasitəsilə şagirdlərinizlə daha effektib əlaqə quracaq və məsafədən öyrənmələrini təmin edəcəksiniz.

 

Təlimin üstünlükləri:
 

  • Peşəkar və təcrübəli təlimçi komandası;
  • İstənilən məkandan təlimə qoşulmaq imkanı;
  • Təlimin video qeydiyyatının aparılması və istədiyiniz zaman izləmək imkanı;
  • Sahədə baş verən ən son yenilikləri özündə əks etdirən təlim məzmunu;
  • Pulsuz vəsait və tədris resursları ilə təmin olunma;
  • Pedaqoji konsultasiya üçün virtual məsləhət otaqları;
  • Fərdi yanaşma;
  • Sertifikatla təminat.

Dərs strukturu

Əhatə olunan mövzular:
  • Uğur hekayəm (4 bacarıq və qrammatika, lüğət, üsullar və fəaliyyətlər rəqəmsal həllərlə)
  • Sual növləri
  • İdeal məktəbim
  • Öyrənməyin doğru yolu
  • Zaman qrafiki
  • İdeal sinif otağım
  • Dəyişikliklər
  • Elektron resurslar
  • Oxumağı öyrədək
  • Gələcəyimizi planlaşdıraq
  • Səhv edərək öyrənək
  • Ünsiyyət quraq
  • Heç vaxt dayanma

Təlimçi

Vüsalə Mehdiyeva

Vüsalə Mehdiyeva

İngilis dili dərslərində rəqəmsallaşdırma üzrə ekspert

Hər hansı bir sualınız var ?