Təlim haqqında
Məqsəd və hədəflər:
Proqramın məqsədi yeni işə düzələn və təcrübəli informatika müəllimlərinin bilik və bacarıqlarının inkişafına dəstək olmaq, peşə hazırlığını gücləndirməkdir. Bu proqram tədris prosesini daha effektiv və innovativ bir şəkildə təşkil etmək, şagird hazırlığını təmin etmək istəyən müəllimlər üçün inkişaf imkanları yaradır.
- İnformatika müəllimlərinin tədris metodu və tədris texnikalarını təkmilləşdirmək, müasir təhsil standartlarına uyğunlaşdırmaq.
- İnformatika sahəsində son yenilikləri və texnologiyaları müəllimlərə təqdim edərək onların bilik və bacarıqlarını yeniləmək.
- Proqram müddətində müəllimlərə öyrədilən bilik və bacarıq vasitəsilə abituriyentlərin informatika yönümlü ixtisaslara hazırlığını təmin etmək.
Təlim nəticəsi:
- Müəllimlərin tədris metodu və texnikaları sahəsində peşəkarlığı artacaq;
- Şagirdlərin öyrənməsini yaxşılaşdırmaq üçün effektiv alətləri ən yaxşı şəkildə tətbiq edəcəklər;
- Şagirdlərin şüurlu ixtisas seçməsinə dəstək göstərəcəklər;
- Şagirdləri informatika yönümlü ixtisaslara DİM proqramına uyğun olaraq hazırlayacaqlar;
- Gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirəcəklər
Təlimin üstünlükləri:
- Peşəkar və təcrübəli təlimçi komandası;
- İstənilən məkandan təlimə qoşulmaq imkanı;
- Təlimin video qeydiyyatının aparılması və istədiyiniz zaman izləmək imkanı;
- Sahədə baş verən ən son yenilikləri özündə əks etdirən təlim məzmunu;
- DİM-in qəbul proqramına əsasən hazırlanan pulsuz kitab və test bankı ilə təmin olunma;
- Fərdi yanaşma;
- Proqram müddətində mütəmadi mentorluq.