Təlimçi hazırlığı

80.00 AZN
Müddəti

9 gün, 27 saat, 20:00-23:00dək

Cədvəl

Dil

az

Məkan

Microsoft Teams

Təlim haqqında

Təlimçi kimi cari biliklərini təkmilləşdirmək və yeni səriştələr əldə etmək və gələcəkdə təlimçi kimi fəaliyyət göstərmək istəyən şəxslərin nəzərinə! Düşünürsünüz ki, artıq təcrübənizi daha geniş auditoriyaya peşəkar formada çatdırmağın vaxtıdır?

ITE-nin Təlimçi Hazırlığı Proqramına qoşularaq Siz müasir tələbləri qarşılayan təlimçi kimi öz mövqeyinizi formalaşdıracaqsınız.

Proqramın məqsədi auditoriyanın ehtiyaclarına uyğun interaktiv öyrənmə mühiti quran, təlim prosesini effektiv idarə etməyi bacaran, düzgün davranış modeli nümayiş etdirən,  əks-əlaqəni effektiv quran səriştəli təlimçi yetişdirməkdən ibarətdir. Təlim müddətində iştirakçılar həmçinin səriştəli təlimçinin xüsusiyyətləri və motivasiyaedici təlim davranışları ilə tanış olacaq, təlim nəticələrinin qiymətləndirilməsi üçün "Kirkpatrik" modelindən istifadə bacarıqlarına yiyələnəcək, həmçinin aydın nitqə və diksiyaya malik təlimçi kimi formalaşacaqlar.
 

Təlimlər Microsoft Teams platformasında Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin layihə meneceri, təlimçi ekspert, mentor, Əməkdar müəllim, "Ən yaxşı müəllim" müsabiqəsinin 2010, 2015-ci illər üzrə qalibi, Təhsildə inkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi, MİE Ekspert. AR Təhsil Nazirliyi və “KOİCA”-Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin təşkil etdiyi layihə üzrə 1-ci dərəcəli Master müəllim Səbinə Rəsulova və Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin “Məzmun və təlimçi hazırlığı” şöbəsinin baş mütəxəsisi Təranə İbrahimova tərəfindən aparılacaq.

Təlimin sonunda iştirakçılar Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən sertifikatla təltif olunacaqlar.

Dərs strukturu

Təlim aşağıdakı mövzuları əhatə edir:

✅ Effektiv rəyvermə
✅ İKT bacarıqları
✅ Effektiv təklifetmə
✅ Motivasiyaedici davranış
✅ Müsahibə mərhələləri
✅ Məhsuldar öyrənmə
✅ Nitq, diksiya, natiqlik
✅ İş üslubu və etikası
✅ Praktiki faəliyyətlər

Təlimçi

Səbinə Rəsulova

Səbinə Rəsulova

Təlimçi Hazırlığı üzrə ekspert

Hər hansı bir sualınız var ?