“Promethean interaktiv texnologiyalarının tədris prosesində istifadəsi” üzrə təlimlər uğurla yekunlaşır.

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (İTE) təşkilatçılığı ilə “Promethean interaktiv texnologiyalarının tədris prosesində istifadəsi” üzrə təlimlər uğurla yekunlaşır.

Onlayn formada həyata keçirilən təlimlərə Bakı da daxil olmaqla, müxtəlif rayon və kənd yerlərindən müəllimlər qoşulub. Onlar intensiv tədris ilə Promethean interaktiv lövhənin tətbiqi metodikası, tədris materiallarının hazırlanması və dərslərin keçirilməsi üzrə təcrübələrlə tanış olub, səriştələr qazanıb. Promethean lövhədən praktik istifadə bacarıqları, həmçinin ActivInspire proqramının alətlərindən istifadə və ActivInspire proqramından istifadə etməklə müxtəlif resursların hazırlanması üzrə praktiki və nəzəri biliklər əldə ediblər.

Sonda müdavimlərimiz interaktiv texnologiyadan istifadə edərək öz hazırladıqları layihələri təqdim edərək Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, təlimlər İTE təlimçi-mütəxəssisi, qabaqcıl təhsil işçisi, ARTİ-nin "İnklüziv sinif təşkil edilən ümumtəhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsinin təlimçisi və mentoru, "Elektron təhsil" müsabiqəsinin qalibi, Təhsildə inkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi Vəfa Məmmədova tərəfindən tədris olunur.

Bütün müdavimlərimizə gələcək fəaliyyətlərində uğurlar diləyirik!

Növbəti postlar

“Beynəlxalq Puşkin Müsabiqəsi”ndə İTE təlimçisinin qələbəsi!

Moskvada keçirilən “XXIV Beynəlxalq Puşkin Müsabiqəsi”nin təntənəli təltif mərasimində Azərbaycanın iki müəllim...

ITE "Microsoft Qlobal Tədris Tərəfdaşı" adını qazanmışdır!

2012-ci ildə təsis edilmiş mərkəz olaraq, ölkəmizdə bu statusu qazanan yeganə qurumuq. Bu uğur, təhsil sahəsində texnologiya ilə m&u...