ADU müəllimləri "Oyun əsaslı öyrənmə” təlimimizdə

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının pedaqoji heyəti üçün "Oyun əsaslı öyrənmə" üzrə təlim təşkil olunmuşdur.

5 fevral tarixində həyata keçirilən təlimimizə iştirakçı müəllimlərin marağı böyük olmuşdur.

ADU müəllimləri təlim müddətində oyunu necə yaratmalı, onların adlandırılması, sual və cavabların əlavə edilməsi, şəkillərin yerləşdirilməsi ilə tanış oldular və qeyd olunan istiqamətlərdə bilik və bacarıqlarını inkişaf etdirdilər. Təlim nəzəri tərəfləri ilə yanaşı, praktik imkanları ilə də zəngin keçdi.

Qeyd edək ki, universitetin Pedaqogika kafedrasının rəhbəri Nigar Zeynalovanın da iştirak etdiyi təlim Bakı Beynəlxalq Təhsil Kompleksinin Rəqəmsal öyrənmə üzrə koordinatoru, MİE üzrə Ekspert təlimçisi Elvin Əliyevin təqdimatında baş tutdu.

Xatırladaq ki, “Oyun əsaslı öyrənmə” adlı təlimin növbəti qrupuna qeydiyyat davam edir:

https://ite.az/az/kurs/53

 

Növbəti postlar

Müdavimləri ən yüksək nəticə göstərən təlimçilər

İlkin mərhələdə və yekun reytinqdə uğur qazanan təlimçilərimizə təşəkkür məqsədilə “ICDL Komanda İşi” beynəlxalq imt...

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...