ADU müəllimləri "Distant təlimlərin təşkili və keçirilmə qaydaları” təlimimizdə

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən Azərbaycan Dillər Universitetinin Pedaqogika fakültəsinin pedaqoji heyəti üçün "Distant təlimlərin təşkili və keçirilmə qaydaları" üzrə təlim təşkil olunmuşdur.

13 yanvar tarixindən etibarən başlayan təlimimizə iştirakçı müəllimlərin marağı böyükdür.

ADU müəllimləri təlim müddətində distant təlim üçün tələb olunan təlimçi bacarıqları, yarana biləcək problemlərin həll yolları, resursların zənginliyi və əlçatanlığı baxımından adi təlim otağından fərqlənən virtual məktəb otağının dizaynı və davranış qaydaları, həmçinin əks-əlaqənin qurulması üçün sualların əhəmiyyəti mövzuları üzrə önəmli biliklərə yiyələnirlər.

Qeyd edək ki, universitetin Pedaqogika fakültəsinin rəhbəri Nigar Zeynalovanın da iştirak etdiyi təlim peşəkar təlimçilərimiz Alqış Həsrətov, Günay Çəndirli, Rauf Əsədov və Xalid Çəndirli tərəfindən keçirilir.

 

Xatırladaq ki, “Distant təlimlərin təşkili və keçirilmə qaydaları” adlı təlimin növbəti qrupuna qeydiyyat davam edir:

https://ite.az/az/kurs/55

Növbəti postlar

Müdavimləri ən yüksək nəticə göstərən təlimçilər

İlkin mərhələdə və yekun reytinqdə uğur qazanan təlimçilərimizə təşəkkür məqsədilə “ICDL Komanda İşi” beynəlxalq imt...

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...