12 may tarixində Dağlıq Şirvan Regional Təhsil idarəsində “İnformatika müəllimləri üçün təlimlər” layihəsinin açılış tədbiri keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Elm və Təhsil Nazirliyi Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov və əməkdaşları, ATİAHİ-nin Şamaxı komitəsinin sədri Fuad Nəsirov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları, Dağlıq Şirvan RTİ-nin əməkdaşları, peşə və ali məktəb rəhbərləri, eləcədə informatika müəllimləri iştirak ediblər.
İnteraktiv müzakirə formatında keçirilən tdəbir sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir.
Bildirək ki, layihə çərçivəsində regionda çalışan informatika müəllimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə onların təlim və mentorluq proqramlarına cəlb olunması nəzərdə tutulub.