ITE-nin direktoru İsa Qasımov elmin kommersiyalaşdırılması prosesləri ilə tanış olmaq məqsədilə Koreya Respublikasına səfər edəcək.

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru dosent İsa Qasımov AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən birgə həyata keçirilən “Azərbaycanda YTP-nin istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində elmin kommersiyalaşdırılması proseslərində Koreya Reüspublikasının təcrübəsini öyrənmək və sözügedən layihə çərçivəsində təlimçilərin təlimi proqramında iştirak etmək məqsədilə bu ölkəyə səfər edəcək.

İsa Qasımov Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) tərəfindən Koreya Respublikasına K-İnnovasiya üzrə Təlim Proqramının iştirakçısı kimi dəvət olunub.

Beynəlxalq tərəfdaşlıqlar və mübadilələr vasitəsilə biz digər ölkələrin təcrübələrindən öyrənə və onları yerli məzmun ehtiyaclarına uyğun tətbiq edə bilərik. Buna görə də biz İsa Qasımovun texnologiyaların transferi və elmin kommersiyalaşdırılması proqramında iştirak etmək üçün Cənubi Koreyaya gözlənilən səfərindən həyəcanlıyıq.

İnanırıq ki, texnologiyaların transferi və elmin kommersiyalaşdırılması sahəsində təcrübəmizi gücləndirməklə, biz yeni innovasiyaları və məhsulları bazara çıxarmaq üçün daha effektiv strategiyalar hazırlaya bilər, nəticədə Azərbaycanın intellektual inkişafına, eləcə də elm və təhsilin mütərəqqi metodlarla inkişafına töhfə verə bilərik.

Növbəti postlar

Müdavimləri ən yüksək nəticə göstərən təlimçilər

İlkin mərhələdə və yekun reytinqdə uğur qazanan təlimçilərimizə təşəkkür məqsədilə “ICDL Komanda İşi” beynəlxalq imt...

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...