ITE direktoru İsa Qasımov Astanada keçirilən regional konfransda iştirak edib

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru dosent İsa Qasımov Astanada keçirilən regional konfransda iştirak edib.

 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının birgə təşkil etdiyi konfransa Azərbaycanla yanaşı, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Ermənistandan nümayəndə heyətləri qatılıb.

 

Konfransda intellektual kapitalın müxtəlif sektorlarda, o cümlədən universitetlərdə, elmi tədqiqat institutlarında, texnoparklarda, biznes inkubasiya (akselerasiya) mərkəzlərində aktuallığı və rolu ilə bağlı məruzələr dinlənilib.

 

Tədbirdə “Qanunun yaradılması ilə bağlı problemlər və imkanlar: texnoparklarda əqli mülkiyyət idarəçiliyinin əsasları”, “İnstitusional əqli mülkiyyət siyasətinin məzmunu: inkişaf üçün 10 qayda”, “Əqli mülkiyyət hüquq sahiblərinin tərifi – Belarus Respublikasında mövcud imkanlar”, “EAPO Üzv Dövlətlərində Texnologiya Parklarında əqli mülkiyyət siyasətləri üzrə təcrübə” və s. istiqamətlər üzrə sessiyalar baş tutub.

 

Qeyd edək ki, Avrasiya Patent Təşkilatı əqli mülkiyyət nəticələrinin kommersiyalaşdırılmasında texnoparkların səlahiyyətlərinin artırılması üçün regional maarifləndirici görüşlərinin təşkilini davam etdirməyi planlaşdırır.

Növbəti postlar

Müdavimləri ən yüksək nəticə göstərən təlimçilər

İlkin mərhələdə və yekun reytinqdə uğur qazanan təlimçilərimizə təşəkkür məqsədilə “ICDL Komanda İşi” beynəlxalq imt...

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...