900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən beynəlxalq imtahanlara start verilib.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Sabirabad, Zaqatala, Zərdab, Şəki, Yevlax, Mingəçevir, Qax və Saatlıda iki istiqamət üzrə həyata keçirilib:

📌“Microsoft” sertifikatlı pedaqoq

📌"Müəllimlər üçün rəqəmsal savadlılıq"

İmtahanın məqsədi müəllimlərin müasir texnologiyalar və rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq və tədris keyfiyyətini yüksəltməkdir.

Qeyd edək ki, dekabr ayına qədər 5 minə yaxın müəllimin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi hədəflənir.

Növbəti postlar

90+ Bal Toplayan Müdavimlər!

@edugovaz və ITE tərəfindən keçirilən “ICDL Komanda İşi” beynəlxalq sertifikasiya imtahanında yüksək nəticə qazanan...

Müdavimləri ən yüksək nəticə göstərən təlimçilər

İlkin mərhələdə və yekun reytinqdə uğur qazanan təlimçilərimizə təşəkkür məqsədilə “ICDL Komanda İşi” beynəlxalq imt...