İKT təlimlərinə hazırlıq məqsədi ilə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən master klass keçirilmişdir

Təhsil Nazirliyi ilə müqavilə çərçivəsində ali və ümumi təhsil müəssisələrinin, peşə məktəblərinin ümumilikdə 1600 nəfər müəllimi üçün keçiriləcək İKT təlimlərinə hazırlıq mərhələsi başa çatmışdır. Belə ki, bu məqsədlə 43 nəfər təlimçiyə  Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən master klas keçirilmişdir. 
 
Komandamız master klas müddətində İKT-nin təhsildə tətbiqi üzrə SAMR, “Shake Up Learning” modeli və dinamik öyrənmə mühitinin təşkili ilə bağlı məlumatlar əldə etdilər, müəllim və şagirdlərdə XXI əsrin əsas bacarıqlarından olan sərbəst və ömür boyu öyrənmə mühitinin müasir texnologiyalar əsasında formalaşdırılması üçün, Təhsil Nazirliyinin təşəbbüsü ilə 2019-cu ildə yaradılan beynəlxalq Open edX platforması üzərində qurulmuş Sərbəst Öyrənmə Portalında qeydiyyatdan keçdilər, orda mövcud olan kursla tanış oldular, həmçinin yeni kurs yaratmaq üçün praktik bacarıqlara yiyələndilər. Daha sonra, şagirdlərin maraqlarına cavab verən təlim prosesinin qurulması üçün öyrədici mobil tətbiqetmələrlə və yeni təhsil trendi olan AR (Augmented Reality), VR (Virtual Reality) ilə tanış oldular. Master klasın son günü təlimçilərə hesablama düşüncəsinin, yaradıcı təfəkkürün inkişafına yönəlmiş, eyni zamanda layihə əsaslı öyrənməni və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən beynəlxalq PolyUp platforması və təlim/tədris prosesində müəllimlərdə/şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirən təxəyyülyönümlü təlim üsulları haqqında məlumat verildi. 

 

Master klas Amerika, Yeni Zellandiya, Dubay və s. ölkələrdə fəaliyyət göstərən Google-n sertifikatlaşdırılmış təhsil mütəxəssisi Mark Stoun və Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin mütəxəssisləri Elvin Əliyev, Günay Çəndirli və Şəlalə Məhərrəmli tərəfindən aparılmışdır. 

Növbəti postlar

“Beynəlxalq Puşkin Müsabiqəsi”ndə İTE təlimçisinin qələbəsi!

Moskvada keçirilən “XXIV Beynəlxalq Puşkin Müsabiqəsi”nin təntənəli təltif mərasimində Azərbaycanın iki müəllim...

ITE "Microsoft Qlobal Tədris Tərəfdaşı" adını qazanmışdır!

2012-ci ildə təsis edilmiş mərkəz olaraq, ölkəmizdə bu statusu qazanan yeganə qurumuq. Bu uğur, təhsil sahəsində texnologiya ilə m&u...