Elza Səmədlinin təqdimatında "Test tapşırıqlarının hazırlanması" təlimi həyata keçirildi.

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi olaraq təlimçilərimizin peşəkar inkişafına töhfə verməkdə davam edirik!

 

21 yanvar tarixində İTE təlimçilərinin peşəkar inkişafına dəstək olmaq məqsədilə Xəzər Universitetinin təhsil fakültəsinin dekanı Elza Səmədlinin təqdimatında "Test tapşırıqlarının hazırlanması" təlimi uğurla yekunlaşdı.

İnteraktiv şəkildə təşkil olunmuş təlimdə iştirakçılar həm nəzəri, həm də praktiki fəaliyyətlərə cəlb olundu, fikir mübadiləsində iştirak etdilər.

 

Bizimlə olduqları üçün Elza xanıma və bütün iştirakçı təlimçilərimizə təşəkkür edirik!

Növbəti postlar

90+ Bal Toplayan Müdavimlər!

@edugovaz və ITE tərəfindən keçirilən “ICDL Komanda İşi” beynəlxalq sertifikasiya imtahanında yüksək nəticə qazanan...

Müdavimləri ən yüksək nəticə göstərən təlimçilər

İlkin mərhələdə və yekun reytinqdə uğur qazanan təlimçilərimizə təşəkkür məqsədilə “ICDL Komanda İşi” beynəlxalq imt...