MEF universitetinin professoru Mustafa Özcanın təqdimatında “Layihə əsaslı təlim” mövzusunda seminar təşkil olundu.

8 yanvar tarixində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi və EYUDER Azərbaycan təşkilatının birgə əməkdaşlığı çərçivəsində Türkiyənin MEF universitetinin professoru Mustafa Özcanın təqdimatında “Layihə əsaslı təlim” mövzusunda seminar təşkil olundu. Tədbirdə layihə əsaslı təlimlə fənlərarası inteqrasiya üzrə fikir mübadiləsi edildi. Dərsləri layihə əsaslı təşkil etmək üzərində müzakirələr aparıldı.

3 saata yaxın interaktiv şəkildə davam edən seminarda EYUDER-in Azərbaycan üzrə təmsilçisi Gulnurə Babaşova, ITE-nin əməkdaşları və peşəkar təlimçiləri, müəllimlər və təhsil ictimaiyyətinin digər görkəmli nümayəndələri iştirak etdilər.

 

Böyük coşğu ilə keçən 3 saata görə bütün iştirakçılara təşəkkür edirik!

Növbəti postlar

90+ Bal Toplayan Müdavimlər!

@edugovaz və ITE tərəfindən keçirilən “ICDL Komanda İşi” beynəlxalq sertifikasiya imtahanında yüksək nəticə qazanan...

Müdavimləri ən yüksək nəticə göstərən təlimçilər

İlkin mərhələdə və yekun reytinqdə uğur qazanan təlimçilərimizə təşəkkür məqsədilə “ICDL Komanda İşi” beynəlxalq imt...