İTE Təlimçisi Şəlalə Qənbərova YouTube tərəfindən böyük nüfuza malik Youtube Creator Award-a layiq görülüb!

Təlimçimiz Şəlalə Qənbərova YouTube tərəfindən böyük nüfuza malik Youtube Creator Award-a layiq görülüb! 100 mindən artıq abunəçini öz ətrafında birləşdirən kanal Youtube Silver Play Button ilə təltif olunub.

 

Bu münasibət ilə mərkəzimizdə Şəlalə xanım ilə görüş keçirilib. Görüşdə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin proqram direktoru İlahə Fazilova, İnsan resursları üzrə baş mütəxəssis Gülnisə Abbasova, Məzmun və təlimçi hazırlığı üzrə baş mütəxəssis Təranə İbrahimova, Monitorinq və qiymətləndirmə üzrə baş mütəxəssis Gülşən Əlizadə və PR və Marketinq üzrə mütəxəssis Nihad Ataxanlı iştirak edib.

 

Görüş zamanı Şəlalə xanım qeyd edib ki, onu təkcə şagirdlər yox, gənc müəllimlər də izləyir, bu, onlara müəyyən yön, istiqamət verir. O, tez-tez valideynlərdən də təşəkkür mesajları aldığını və videoların evdar xanımlara da faydalı olduğunu diqqətə çatdırıb - bu videolar həm də onların öyrənməyinə və bununla da öz övladlarına dərsin izahlarında yardımçı olmağına səbəb olur.

 

Görüş zamanı bu yöndə fəaliyyətə başlamaq istəyən müəllimlərə faydalı olmaq üçün müxtəlif layihələrin hazırlanması və icrası üzrə fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Şəlalə Qənbərovanın eyni adlı kanalı artıq 112 mindən artıq abunəçiyə malikdir. Kanal təhsil sektorunda fəaliyyət göstərir və müxtəlif fənlər üzrə öyrədici videolar paylaşır. Kanalda həmçinin veb2 alətləri, oxuyub-anlama bacarıqları, KSQ, BSQ diaqnostik, monitorinq, liseylərə qəbul, müxtəlif test vəsaitləri, kenquru olimpiadasının sual nümunələrinə aid video izahlarlar yer alır.

 

Şəlalə xanımı bu uğur münasibəti ilə təbrik edirik! Sizin fəaliyyətiniz bizi daim fərəhləndirir. Bizə bu hissi yaşatdığınız üçün və təhsilin inkişafına yönəlik təşəbbüs və töhfələrinizə görə təşəkkür edirik!



Kanala keçid linki: Şəlalə Qənbərova

Növbəti postlar

“Beynəlxalq Puşkin Müsabiqəsi”ndə İTE təlimçisinin qələbəsi!

Moskvada keçirilən “XXIV Beynəlxalq Puşkin Müsabiqəsi”nin təntənəli təltif mərasimində Azərbaycanın iki müəllim...

ITE "Microsoft Qlobal Tədris Tərəfdaşı" adını qazanmışdır!

2012-ci ildə təsis edilmiş mərkəz olaraq, ölkəmizdə bu statusu qazanan yeganə qurumuq. Bu uğur, təhsil sahəsində texnologiya ilə m&u...